AZ

Dəmiryolu stansiyasında qəza; 15 nəfər ölüb

Serbiyanın Novı Sad şəhərində noyabrın 1-də dəmiryolu vağzalında stansiya binasının tavanının bir hissəsinin çökməsi nəticəsində həlak olanların sayı 15 nəfərə yüksəlib.

Avtosfer.az-ın xəbərinə görə, qəzada ağır yaralananlardan biri həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə zamanı 14 nəfər həlak olmuş, üç nəfər ağır yaralanmışdı. Noyabrın 2-si Serbiyada milli matəm elan olunmuşdu.

Qəzadan sonra Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç istefa verib.

Seçilən
17
11
avtosfer.az

10Mənbələr