Azərbaycan və Türkiyənin təhsil nazirləri Emin Əmrullayev ilə Yusuf Təkin görüşüb.
Referans.az xəbər verir ki, görüş türkiyəli nazirin COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya səfəri çərçivəsində baş tutub.
Türkiyəli nazir görüşdən sonra “X” sosial şəbəkəsində yazıb:
“Türkiyə Azərbaycanla bütün sahələrdə, o cümlədən təhsil sahəsində sıx əməkdaşlığı inkişaf etdirməyə davam edəcək”.