AZ

İran Aİ və Böyük Britaniya sanksiyalarını pisləyib

İran Avropa İttifaqı və Böyük Britaniyanın Rusiyaya ballistik raketlər göndərdiyi iddiası ilə Tehrana qarşı tətbiq etdiyi qeyri-qanuni sanksiyaları qəti şəkildə rədd edib.

"Operativ Media" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.

Nazir, Avropa İttifaqı və Böyük Britaniyanın dövlətlərin müdafiə və hərbi sahədə qanuni əlaqələrinə müdaxiləsini pisləyib.

"İran İslam Respublikası, milli maraqları və milli təhlükəsizliyi təmin etmək üçün tərəfdaşları ilə əməkdaşlıq üçün bütün imkanlardan istifadə edəcək. Ukrayna prezidenti Vladimir Zelenski şəxsən etiraf edib ki, İran Rusiyaya bir dənə də olsun ballistik raket tədarük etməyib. Buna baxmayaraq, Avropa İttifaqı və Britaniya, bu uydurma bəhanə ilə heç bir hüquqi, məntiqi və mənəvi əsası olmayan sanksiyalar tətbiq ediblər", - deyə nazir bildirib.

Seçilən
23
1
operativmedia.az

2Mənbələr