AZ

Trampın komandasında qarşıdurma — İlon Mask nə istəyir? (FOTOLAR)

ABŞ-da prezident seçilən Donald Trampın komandasındakı daxili mübarizə böyük qarşıdurmalara səbəb olur. 

Demokrat.az
xəbər verir ki, məşhur milyarder İlon Maskla Trampın hüquq məsləhətçisi Boris Epşteyn arasında Mar-a-Laqoda keçirilən bir görüşdə ciddi mübahisə baş verib.

Donald Trampın yanvarın 20-də vəzifəsinə başlaması gözlənilir. Onun administrasiyasını formalaşdırmaq üçün komanda üzvləri arasında mübarizə gedərkən, İlon Mask və Boris Epşteyn arasındakı münaqişə geniş rezonans doğurub. Mask Trampın kampaniyasına etdiyi dəstək və "X" adlı platformasında siyasi paylaşımları ilə diqqət çəkən bir şəxsdir. O, Respublikaçılar Partiyasının gənc üzvü Vivek Ramasvami ilə birlikdə Dövlət İdarəçiliyinin Effektivliyi Departamentinə rəhbərlik edəcək.

Maskın Trampla yaxın münasibəti və onun ailəsi ilə çəkilən şəkilləri bu əlaqələrin daha da dərinləşdiyini göstərir. Bununla belə, ABŞ mediası İlon Maskın bu dərəcədə nüfuzunun Trampın digər məsləhətçiləri arasında narazılığa səbəb olduğunu yazır. Xüsusilə, Boris Epşteyn bu vəziyyətdən narazıdır.

"Axios" xəbər verir ki, komanda üzvləri arasında gərginlik, hətta medianın diqqət mərkəzindədir. Xəbər mənbələrinə görə, Mask Boris Epşteynin təklif etdiyi bəzi namizədlərin kifayət qədər uyğun olmadığını iddia edib və öz favoritləri üçün təzyiq göstərib. Bu da iki şəxs arasında mübahisəni alovlandırıb.

Mübahisənin şiddətli keçdiyi və Mar-a-Laqodakı görüşə şahid olanlar tərəfindən "böyük partlayış" kimi xarakterizə edildiyi bildirilir. Nəticədə, Trampın komandasındakı şəxsi ambisiyaların qələbədən sonrakı dövrdə daha qabarıq şəkildə ortaya çıxdığı müşahidə olunur.

"Axios"a görə, hazırda Trampın ətrafında dəhşətli rəqabət var. Adı açıqlanmayan üç mənbənin verdiyi məlumata görə, ən azı 119 milyon dollar ianə edərək Trampın seçki səylərini dəstəkləyən Mask Boris Epşteynin Ədliyyə Nazirliyinə və Ağ Ev məsləhətçiliyinə gətiriləcək adlara çox təsir edib-etmədiyini soruşub. Eyni zamanda, təklif etdiyi adlar üçün təzyiq etməyə başlayıb. Mənbələrdən ikisi iddia edir ki, Maskın Epşteynin üstünlük verdiyi namizədlərin ixtisaslarını sorğulaması sonuncunu qəzəbləndirib və buna görə də gərginlik yaranıb.





Jalə
Demokrat.az
Seçilən
50
50
demokrat.az

10Mənbələr