AZ

Nazir fermerlərə dəstəkdən DANIŞDI

"Bakı Harmoniya İqlim Təşəbbüsü bütün iqlim dəyişiklikləri risklərini özündə ehtiva edir. Bu təşəbbüs Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, COP29 Prezidentliyi və FAO ilə birgə irəli sürülüb".

Musavat.com xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, bu təşəbbüsün 3 əsas məqsədi var:

"Birincisi, 81-dən çox təşəbbüs və qrupları bir araya gətirmək, ikincisi, aqrar sahəyə təsir edən iqlim dəyişikliyi ilə bağlı maliyyələşmənin təmin olunmasında, düzgün yönləndirilməsinə xidmət etmək, üçüncüsü və önəmlisi isə bütün bunların fermerlərin dəyişən iqlimə uyğunlaşan kənd təsərrüfatında fəaliyyət göstərə bilmələrini həyata keçirməkdir. İnanırıq ki, beynəlxalq qurumlar fermerlərə dəstək olmağa yönəlmiş layihələrdə iştirak etməyə hazırdırlar".

Məcnun Məmmədov bildirib ki, bir neçə beynəlxalq qurumla əsasən su təchizatının yaxşılaşdırılması, müasir aqrotexniki və daha çox iqlimin dostu olmağa yönəlik təcrübə və tətbiq edən fermerlərə dəstəyin artırılması istiqamətində danışıqlar aparılır.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
32
13
musavat.com

10Mənbələr