AZ

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 18%-ə yaxın artıb

2024-cü ilin yanvar-oktyabr ayları ərzində xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz artaraq 1 milyon 816,4 min nəfər olub.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 35,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 14,1 faiz, Gürcüstana gedənlərin sayı 13,4 faiz, Türkiyəyə gedənlərin sayı 10,8 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,8 faizi Türkiyəyə, 20,7 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər edib. Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib.

2024-cü ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,6 faizi hava, 28,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Seçilən
10
2
apa.az

10Mənbələr