AZ

İranda 4,6 maqnitudalı zəlzələ olub

İranın Buşəhr əyalətinin Daştestan şəhərinin Bazarjan rayonunda Rixter şkalası üzrə 4,6 maqnitudalı zəlzələ olub.

Məlumatı "Mehr” agentliyi yayıb.

Məlumata görə, yeraltı təkan 6 km dərinlikdə yerləşib. Zəlzələnin episentri Barazjandan 13 km, Vəhdətiyyədən 17, Saadabaddan 20 km məsafədə olub.

İtki və dağıntı barədə məlumat yayılmayıb.
Seçilən
43
19
7news.az

10Mənbələr