AZ

Pentaqondan Rusiyanın Ukraynaya atdığı hipersəsli raketə reaksiya

ABŞ Müdafiə Nazirliyi Rusiyanın yeni hipersəsli "Oreşnik" raketini buraxmasından narahat olduğunu bildirib. Bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinq zamanı açıqlama verib.

"Biz bu vəziyyətdən qətiliklə narahatıq. Hazırda hələ təsir dəyərləndirməmizi tamamlaya bilməmişik, lakin bu, bizim üçün ciddi narahatlıq doğurur," - deyə Sinq qeyd edib.

O əlavə edib ki, ABŞ Rusiyanın "Oreşnik" raketini buraxmasından az əvvəl Rusiya Federasiyasından müvafiq xəbərdarlıq alıb.

Məlumata görə, noyabrın 21-də Rusiya ordusu Dnepropetrovskdakı “Yujmaş” müdafiə zavodunda nüvəsiz hipersəs ballistik "Oreşnik" raketini buraxıb. Prezident Vladimir Putin bu raket sisteminin uğurla sınaqdan keçirildiyini bəyan edib. Onun sözlərinə görə, "Oreşnik" NATO ölkələrinin Rusiyaya qarşı təcavüzkar hərəkətlərinə cavab olaraq döyüş şəraitində sınaqdan keçirilib.

Putinin Ukraynaya "Oreşnik" orta mənzilli raketləri ilə cavab zərbəsi endirilməsi ilə bağlı çıxışı Qərb mediasında geniş müzakirələrə səbəb olub. Britaniyanın "Mirror" qəzeti bu bəyanatı "Üçüncü Dünya müharibəsinə xəbərdarlıq zərbəsi" kimi dəyərləndirib.

Seçilən
37
50
aznews.az

10Mənbələr