AZ

Çin 9 ölkəni birtərəfli vizadan azad etmək qərarına gəldi

Çin 9 ölkəni birtərəfli vizadan azad etmək qərarına gəlib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian açıqlama verib.
 
O, bildirib ki, Bolqarıstan, Rumıniya, Malta, Xorvatiya, Monteneqro, Şimali Makedoniya, Estoniya, Latviya və Yaponiyadan olan adi pasport sahibləri 30 Noyabr 2024-31 Dekabr 2025-ci il tarixləri arasında Çinə vizasız gedə bilərlər.
 
Sözçü qeyd edib ki, vizasız qalma müddəti də 15 gündən 30 günə qədər uzadılacaq.
 
Lin, Çinin viza azadlığı tətbiq etdiyi 9 ölkə də daxil olmaqla 38 ölkədən adi pasport sahiblərinin mübadilə proqramı çərçivəsində iş, turizm, ailə səfərləri və digər səfərlər üçün Çinə 30 gün ərzində vizasız daxil ola biləcəklərini bildirib.
 
Oksana
Seçilən
20
6
azxeber.com

8Mənbələr