AZ

Pekin Kiyev və Moskvaya müraciət edib

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian, Qərbin uzaqmənzilli raketlərinin Ukraynaya hücumlarına cavab olaraq Rusiya hərbi qüvvələrinin “Oreşnik” ballistik raketi ilə endirdiyi zərbəni şərh edərkən, tərəfləri təmkin nümayiş etdirməyə və münaqişənin gərginliyini azaltmağa çağırıb.

Lin Jian brifinqdə deyib: “Mövcud vəziyyətdə bütün tərəflər soyuqqanlılığı və təmkinliliyi qoruyub saxlamalı, dialoq və məsləhətləşmələr yolu ilə vəziyyətin gərginliyini azaltmağa kömək etməli və böhranın siyasi həllinin tezliklə həyata keçirilməsi üçün şərait toplamalıdırlar”.

Onun sözlərinə görə, ÇXR-in mövqeyi dəyişməz olaraq qalır: hakimiyyət situasiyanın danışıqlar yolu ilə həllinin tərəfdarıdır.

Noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin xüsusi bəyanatında bildirib ki, Rusiya hərbçiləri Rusiyanın ən yeni orta mənzilli ballistik raketlərindən biri olan “Oreşnik”in döyüş sınağını keçirib. Zərbə Dnepropetrovskda Ukraynanın "Yujmaş" müdafiə müəssisəsinə endirilib. Bundan bir qədər əvvəl Ukrayna ilk dəfə Qərbin uzaqmənzilli raketləri - Amerikanın ATACMS və Britaniyanın "Storm Shadow" raketləri ilə Rusiya ərazisinə hücum etdi.

 

Nigar

 

Seçilən
18
50
oxu24.com

10Mənbələr