![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/11/22/1/707c141d-1757-426f-9c71-a0aa259da825/ceyhun-bayramov-annalena-berbok-esas.jpg)
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Almaniya XİN başçısı Annalenna Berbokla görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında məlumat dərc olunub.
Bildirilib ki, tərəflər ikitərəfli və çoxtərəfli gündəliyi, həmçinin COP29 çərçivəsində davam edən danışıqları müzakirə ediblər.
“Nazirlər həmçinin regionda münaqişədən sonrakı vəziyyəti, Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyətini, eləcə də sülh prosesində mövcud problemləri müzakirə ediblər.