Sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar.
Bunu Trend-ə açıqlamasında "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi qulluqçusu, polkovnik-leytenant Elnur Abdullayev deyib.
O bildirib ki, 19 aprel 2024-cü ildə Qazax rayonunun işğalda olan dörd kəndi Prezident İlham Əliyevin siyasəti nəticəsində bir güllə belə atılmadan azad edilib:
"Bu kəndlərdə hazırda sərhədçilər xidməti yüksək səviyyədə təşkil edir. Eyni zamanda, sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı qoruyurlar. Hazırda arxamızda olan "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu yeddinci əsrdə tikilib.
Bu qoruq Qazax rayonun Daşsalahlı kəndində yerləşir. Qoruq həm DSX-nin Sərhəd Qoşunları və Mədəniyyət Nazirliyi tərəfindən qorunur. Hazırda yerləşdiyimiz yüksəklik Subsaksiz yüksəliyi adlandırılır".