RU

Sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar - Polkovnik-leytenant

Sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar.

Bunu Trend-ə açıqlamasında "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi qulluqçusu, polkovnik-leytenant Elnur Abdullayev deyib.

O bildirib ki, 19 aprel 2024-cü ildə Qazax rayonunun işğalda olan dörd kəndi Prezident İlham Əliyevin siyasəti nəticəsində bir güllə belə atılmadan azad edilib:

 

"Bu kəndlərdə hazırda sərhədçilər xidməti yüksək səviyyədə təşkil edir. Eyni zamanda, sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı qoruyurlar. Hazırda arxamızda olan "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu yeddinci əsrdə tikilib.

Bu qoruq Qazax rayonun Daşsalahlı kəndində yerləşir. Qoruq həm DSX-nin Sərhəd Qoşunları və Mədəniyyət Nazirliyi tərəfindən qorunur. Hazırda yerləşdiyimiz yüksəklik Subsaksiz yüksəliyi adlandırılır".

Избранный
6
3
day.az

5Источники