AZ

Xavi "İnter Mayami"ni çalışdırmaqdan imtina etdi

"Barselona"nın keçmiş baş məşqçisi Xavi Hernandes Lionel Messi və Xordi Alba ilə münasibətlərinin gərginləşməsi səbəbindən Amerikanın "İnter Mayami" klubunda işləmək fikrində deyil.

90deqiqe.Az-ın “Sport.es”ə istinadən məlumatına görə, ispan mütəxəssislə iki keçmiş "Barselona" futbolçusu arasında münasibətlər son vaxtlar pisləşib, ona görə də Xavi Xerardo Martinonun gedişindən sonra fəal şəkildə yeni məşqçi axtarışında olan Mayami klubuna mütləq rəhbərlik etməyəcək.

Təcrübəli argentinalı mütəxəssis şəxsi səbəblərə görə "İnter Mayami"dən ayrılmaq qərarına gəlib.

Xatırladaq ki, Mayami komandası MLS-in müntəzəm mövsümündə qalib gəlsə də, “Atlanta Yunayted”dən sensasiyalı şəkildə pley-offun ilk mərhələsindən kənarda qalıb. Xavi 2024-cü ilin yayında "Barselona"nın baş məşqçisi vəzifəsindən istefa verib və hazırda işsizdir.

Seçilən
20
4
90deqiqe.az

5Mənbələr