AZ

Məşhur müğənni özündən 6 yaş kiçik musiqiçi ilə sevgilidir

Daha əvvəl yeni klipində kameralar qarşısına keçərək göz yaşlarına boğulan məşhur amerikalı müğənni Mayli Sayrus musiqiçi Maks Morando ilə yeni sevgi münasibətinə başlayıb. 

Qaynarinfo xəbər verir ki, ulduzun sevgilisi ondan 6 yaş kiçikdir. Aktrisa yaş fərqinin münasibətlərinə təsir edib-etmədiyi barədə sualı cavablandırıb.

"Harper's Bazaar"a müsahibə verən ifaçı etiraf edib ki, yaş fərqi kifayət qədər kiçik olmasına baxmayaraq, hələ də hiss olunur. Maylinin dediyinə görə, bəzən o, özünü və sevgilisini fərqli dövrlərdən olan kimi hiss edir. Bu zaman Mayli maraqlı bir misal çəkib. Müğənni bildirib ki, uşaqlıqda onun digər ailə üzvləri ilə bölüşdüyü yalnız bir kompüteri olub, lakin həmin vaxt Morandonun artıq şəxsi noutbuku var imiş.

Bundan əlavə, Maks həm də Sayrusdan fərqli olaraq sosial şəbəkələrdə daha çox vaxt keçirir və həm də internetdə gördüyü məlumatlara daha çox güvənir.
 


"O, həyata məndən çox fərqli baxır. O, noutbukla böyüdü. Qardaşlarım və bacılarımla paylaşdığım stolüstü kompüterim var idi. Düzünü desəm, o, itimizi Reddit (Amerika sosial şəbəkəsi-red.) vasitəsilə öyrətdi. Mən soruşuram: "Bunu etməli olduğumuza əminsinizmi?", deyə Mayli bildirib.

Eyni zamanda aktrisa sevgilisinə çox oxşadıqlarını deyir. Mayli vurğulayıb ki, seçdiyi insanın həyata rahatlıqla baxması və onun kimi həzz almağı bilməsi onun üçün həmişə vacib olub. Sənətçinin sözlərinə görə, Maks məhz belədir və o, sevgilisini də ruhlandırır.

"O, mənə çox bənzəyir. Biz sadəcə həyatı çox da ciddiyə almırıq. Və Maks sadəcə məni ruhlandırır", deyə Sayrus bildirib.

Yeri gəlmişkən, ulduzların münasibəti ilə bağlı ilk söz-söhbətlər 2021-ci ildə yayılıb. Lakin o zaman tərəflərdən heç biri əlaqələri təsdiqləməyib. 2024-cü ilin əvvəlində cütlük Qrammi Mükafatı mərasimində birlikdə görünüb və bununla da münasibətiləri təsdiqləyib.

Aydın

Seçilən
8
1
qaynarinfo.az

10Mənbələr