AZ

Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

Xarici mətbuata istinadən verilən xəbərə görə, bu barədə Türkiyənin diplomatik mənbəyi məlumat verib.

“Türkiyənin xarici işlər naziri Hakan Fidan şənbə günü, noyabrın 23-də rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb, nazirlər ölkələr arasında ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər”, - məlumatda bildirilir.

Mənbə: report.az

Seçilən
7
12
report.az

10Mənbələr