Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığında iki ölkə arasında əlaqələr, regional və qlobal məsələlər müzakirə olunub.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Ərdoğan telefon danışığında Türkiyə və Rusiya arasında ticarət dövriyyəsinin genişləndirilməsi başda olmaqla, bir çox sahədə işbirliyini artırmağı hədəflədiklərini bildirib. Həmçinin bölgədəki gərginliklərə son qoymaq üçün səylərini davam etdirdiyini, sülh proseslərinə dəstək verməyə davam ediləcəyini nəzərə çatdırıb.

Leqal.info