AZ

Azərbaycan-Çin ticarət əlaqələrində yeni mərhələ: İlk ixrac yük qatarı yola salınıb

24 noyabr tarixində Azərbaycan və Çin arasındakı ticarət əlaqələri tarixində mühüm hadisə baş verib – ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə göndərilib.

Fins.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirlib.

Açıqlamaya görə, bu təşəbbüs iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindəki strateji mövqeyi də daha da möhkəmlənir.

Orta Dəhlizin strateji əhəmiyyəti
Bu layihə Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutunun həm Şərq-Qərb, həm də Qərb-Şərq istiqamətində yükdaşımaların həcmini artırmaq potensialını vurğulayır. Layihə çərçivəsində ilk ixrac qatarı 62 ədəd 40 futluq konteynerdən ibarət olub. Yük multimodal nəqliyyat vasitəsilə Qazaxıstan üzərindən Çinin Sian Limanına çatdırılacaq.

Gələcək planlar

  • 2024-cü ilin əvvəlindən etibarən Çindən Azərbaycana 280 konteyner blok qatarı yola salınıb.
  • Bu ilin sonuna qədər müvafiq marşrut üzrə Çindən Azərbaycana 300-dən çox konteyner blok qatarı qəbul ediləcək.
  • 2025-ci il üçün blok qatar sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırılır.

Tədbirin iştirakçıları
İlk ixrac qatarının yola salınma mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının yüksək vəzifəli nümayəndələri, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu katibliyinin rəhbərliyi və Çinin Sian Çanba Beynəlxalq Limanının idarəetmə Komitəsinin nümayəndələri iştirak ediblər.

İxracın həcmi
Layihə çərçivəsində bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner yükünün qeyd olunan marşrutla Çinə göndərilməsi planlaşdırılır.

Bu hadisə Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindəki əhəmiyyətini və Orta Dəhlizin qlobal ticarət əlaqələrindəki rolunu bir daha nümayiş etdirir.

Fuad Mədətov
Fins.az

Seçilən
20
16
fins.az

10Mənbələr