AZ

O da 250-yə çatdı

"Sabah"ın futbolçusu Elvin Camalov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Publika.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 14-cü turuna təsadüf edib.

29 yaşlı oyunçu “Turan Tovuz”la səfər matçına (1:1) start heyətində çıxıb. Premyer Liqada 2013/2014 mövsümündə debüt edən Camalov 250 oyunda 2 qol vurub.

O, üç komandanın formasını geyinib. Azərbaycan millisinin üzvü “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.

Seçilən
8
16
publika.az

10Mənbələr