1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Prezident İlham Əliyev Gövhər Baxşəli qızı Baxşəliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, G.Baxşəliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, G.Baxşəliyeva filologiya elmləri doktoru, professor, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, İctimai Elmlər Bölməsinin sədri, AMEA-nın həqiqi üzvüdür.