19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.
QOL.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz İsveçrə yığması ilə üz-üzə gələcək. Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq qarşılaşmanı ukraynalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
26 noyabr
13:00.İsveçrə (U-19) - Azərbaycan (U-19)
Baş hakim: Kristina Kozoroh (Ukrayna)
Kouklia Community stadionu