ABŞ Dövlət Departamenti İsrail və Livan arasında atəşkəs razılaşmasının əldə edilməsinə yaxın olduqlarını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Metyu Miller mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Biz hələ razılığa gəldiyimizi düşünmürük, lakin atəşkəsə yaxınlaşdığımıza inanırıq”, - deyə Miller qeyd edib.