AZ

ABŞ: İsrail və Livan arasında atəşkəs yaxınlaşıb

ABŞ Dövlət Departamenti İsrail və Livan arasında atəşkəs razılaşmasının əldə edilməsinə "yaxın olduqlarını" açıqlayıb, lakin bu, hələ yekunlaşmayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Metyu Miller mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Miller, İsrail və Hizbullah arasında atəşkəs üçün "atılacaq daha çox addımların" olduğuna işarə edərək, "Hələ razılaşdığımızı düşünmürük, lakin (atəşkəs) əldə etməyə yaxın olduğumuza inanırıq",- deyə qeyd edib.

Putin və Netanyahuya qarşı BCM qərarları “ekvivalent” deyil

Miller ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrail və Rusiya rəsmilərinə qarşı çıxardığı həbs qərarları ilə bağlı fərqli mövqeyini müdafiə edib.

BCM-nin İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant haqqında həbs qərarı ilə Rusiya prezidenti Vladimir Putin üçün 2023-cü ildə verilən həbs orderi arasında “heç bir ekvivalentlik” olmadığını iddia edən Miller, İsrailin Rusiyadan fərqli olaraq “demokratikvə müstəqil fəaliyyət göstərən məhkəmələrin" olduğunu iddia edib.

Miller bəyan edib ki, hər bir ölkə BCM əmrinə əməl edib-etməmək barədə öz qərarını verəcək.

Seçilən
20
50
aznews.az

10Mənbələr