AZ

Gələn il mediaya 65,1 milyon manat ayrılacaq - Azər Allahverənov

"2025-ci ildə kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə 65,1 milyon manat maliyyə yardımı nəzərdə tutulub".

Bunumillət vəkili Azər Allahverənov bildirib.

Millət vəkili deyib ki, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcə zərfində qeyd edilən bu göstərici 2024-cü illə müqayisədə 0,3 faiz çoxdur.

O, vurğulayıb ki, həmin vəsait "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, "Mir" Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin və digər KİV-lərin fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulub.

Seçilən
11
1
aznews.az

2Mənbələr