19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verib.
Arena.az xəbər verir ki, yığmamız bu gün ilk oyununu keçirib.
B Liqasının 5-ci qrupunda yer alan millimiz İsveçrə yığması ilə üz-üzə gəlib. Qarşılaşma Kiprin “Kouklia Community” stadionunda təşkil olunub. Həbib Ağayevin yetirmələri bu matçda böyük hesabla uduzublar – 0:8.
Qeyd edək ki, qrupun digər görüşündə Kipr və Estoniya yığmaları üz-üzə gələcəklər.
U-19 millimiz qrupda ikinci oyununu noyabrın 29-da Estoniya yığmasına qarşı keçirəcək.
AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 5-ci qrup
26 noyabr
İsveçrə – Azərbaycan 8:0
Baş hakim: Kristina Kozoroh (Ukrayna)
Qollar: Aida Requsa, 3; 68. Nevia Ştub, 39. Emilia Meçe, 46. Yanna Eqli, 51; 64. Lia Kamber, 77. Lila Eqli, 90.
“Kouklia Community” stadionu.