AZ

Şəmkirdə vəzifəli şəxs cəzalandırıldı

Sanitar-gigiyena qaydalarının pozulmasına görə Şəmkirdə vəzifəli şəxs barəsində protokol tərtib olunub.Gununsesi.info DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi tələblərinin gücləndirilməsi məqsədilə polis və ETSN-in regional idarəsi tərəfindən birgə tədbirlər keçirilib.Tədbirlər zamanı Şəmkir rayon Çaparlı kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.Aşkar edilmiş faktla bağlı vəzifəli şəxs (bələdiyyə sədri) barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.Bu kimi halların qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.  Gununsesi.info 

phrase_var_article.chosen
185
50
gununsesi.info

10phrase_var_article.sources