AZ

Türkiyənin D-8 ölkələrinə ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin oktyabr ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 10,7 faiz artaraq 880 milyon 85 min dollar olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – oktyabr ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 14,7 faiz artaraq, 8 milyard 370 milyon 36 min dollar olub.

“Bu ilin oktyabr ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28,8 faiz artaraq 1 milyard 386 milyon 326 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazrilikdən bildiriblər ki, 2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin D-8 ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 14,1 faiz azalaraq, 12 milyard 598 milyon 736 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 909 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin oktyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faiz azalaraq 23 milyard 500 milyon dollar, idxalı isə 1,4 faiz azalaraq 29 milyon 409 min dollar olub.

“Bu ilin yanvar – oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 498 milyard 685 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-oktyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq 216 milyard 195 milyon dollara, idxalı isə 7,2 faiz azalaraq 282 milyard 49 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Seçilən
38
10
turkic.world

10Mənbələr