AZ

Hakan Fidanla Entoni Blinken arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Hakan Fidan  ABŞ Dövlət Katibi Entoni Blinkenlə telefon əlaqəsi saxlayıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Suriyadakı son hadisələr müzakirə olunub.

Nazir Hakan Fidan söhbət zamanı keçmiş səhvlərin təkrarlanmamasının vacibliyini vurğulayaraq, Suriyada rejimin realist davranması, müxalifətlə dialoq qurması, siyasi prosesə başlaması və regionun bütün aktorlarının bu istiqamətdə konstruktiv rol oynamasının zəruriliyini qeyd edib.

Hakan Fidan PKK və DEAŞ kimi terror təşkilatlarının Suriyadakı xaotik mühitdən faydalanmasına icazə verilməməli olduğunu bildirib. Xarici işlər naziri rejimin sahib olduğu kimyəvi silahların bölgə üçün riskə çevrilməməsi üçün lazımi tədbirlərin görülməsinin faydalı olacağını əlavə edib.

Bölgəyə humanitar yardımların çatdırılmasının vacibliyini xatırladan Hakan Fidan Türkiyənin bu mövzuda lazımi dəstəyi verdiyini də bildirib.



Seçilən
64
14
trt.net.tr

10Mənbələr