Bakı. Trend:
Azərbaycandan xarici ölkələrə alma, armud və heyva ixracındaartım davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, 2024-cü ilinyanvar-noyabr aylarında ölkəmizdən xarici bazarlara 94 min 526.3ton alma, armud və heyva ixrac olunub.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2%çoxdur.
Azərbaycandan alma, armud və heyva ixracının ümumi dəyəri 59milyon 994 min 600 dollar təşkil edib. Bu meyvələrin ixracında ötənilin yanvar-noyabr ayı ilə müqayisədə 2.8% daha çox gəlir əldəolunub.