Suriya Milli Ordusu (SMO) terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Menbic rayonunu azad edib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
Menbic illərdir ABŞ-ın da dəstəklədiyi terror təşkilatının işğalı altında olan Fərat çayının qərbindəki ən böyük terror yuvası sayılırdı. Rayon ərazisində mina və tələlərə qarşı axtarış və yoxlama işləri aparılır.
Əməliyyat çərçivəsində SMO, Mənbicin qərbindəki Ureyme qəsəbəsi və şimaldakı Um Dadat kəndini terrorçulardan təmizləyib.
Qeyd edək ki, dekabrın 1-də başlayan əməliyyatın ilk günündə Tel Rıfat rayon mərkəzi terror təşkilatı PKK/YPG-dən azad edilib.
PKK/YPG-nin Suriya-İraq sərhədindən başlayaraq Suriyanın qərbində Aralıq dənizinə qədər uzanan terror dəhlizi açmaq planında Menbic bölgəsi böyük əhəmiyyət kəsb edirdi.
Türkiyə 2016-cı ilin avqustunda “Fərat Qalxanı” əməliyyatı ilə Afrin-Tel Rıfat və Menbic arasında birbaşa əlaqənin qurulması planlarına zərbə vurmuşdu.
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta