"İsrail Müdafiə Qüvvələrinin Suriya ərazisində mövcudluğu müvəqqətidir".

Leqal.info "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Gideon Saar mətbuat konfransında deyib.

O bildirib ki, İsrail qüvvələrinin Suriya ərazisindəki mövcudluğu Bəşər Əsədin devrilməsi ilə yaranan qarışıqlıq dövründə İsrailin təhlükəsizliyini təmin etmək məqsədi daşıyan məhdud, müvəqqəti bir addımdır.

"Bizim yeganə marağımız İsrailin təhlükəsizliyidir", - XİN rəhbəri vurğulayıb.

Leqal.info