AZ

İsrail Suriyanı vurmağa davam edir

İsrail ordusu Əsəd rejiminin devrildiyi Suriyada müxtəlif hərbi mərkəzlərə hücumlarını davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Anadolu xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, paytaxt Dəməşq və ətraf ərazilərdə hava hücumları zamanı 100 hədəf vurulub.

Hücumların hədəfində Dəməşqin Barze bölgəsindəki elmi araşdırma mərkəzi, Aqraba hava limanında hərbi helikopterlər, Cəmraya bölgəsi və silah anbarları olub.

Bununla yanaşı, hücuma məruz qalan ərazilər arasında Homsdakı aeroport, o cümlədən, ölkənin şimal-şərqindəki Qamışlı hərbi hava limanı da var.

Əməliyyatlar zamanı devrilmiş Suriya ordusundan qaçaraq İsrailə sığınan bəzi əsgərlərin də koordinatlar verdiyi iddia edilir.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
16
50
teleqraf.com

10Mənbələr