AZ

Əsədin həbsxanasından qandonduran xəbər: Cəsədləri əridiblər…- FOTOLAR

Əsəd rejiminin devrilməsindən sonra yerin altına metrlərlə uzanan zindanları ilə gündəmə gələn “Sednaya” həbsxanasından dəhşətli xəbərlər gəlir. 

İnsanların diri-diri basdırıdığı həbsxana "insan qəssabxanası" kimi tanınır. “Sednaya” həbsxanasından turşu ilə (kislota) əridərək öldürülən məhbusların cəsədləri tapılır. 

Cəsədlər əridildi 

İşgəncə alətləri ilə gündəmə gələn həbsxanada kütləvi məzarlıq üzə çıxıb. 

Əsəd rejimi qüvvələri tərəfindən öldürülən məhbusların cəsədlərinin turşu ilə əridildiyi kütləvi məzarlıqda yalnız skeletlərin qaldığı müəyyən edilib. 

Suriyada işgəncə bazası olaraq bilinən həbsxananın birdən çox yeraltı mərtəbədən ibarət olduğu təxmin edilir. Fasiləsiz çalışan qruplar aşağı mərtəbələrə çıxmağa çalışırlar. Suriya Mülki Müdafiəsi işgəncələri ilə tanınan “Sednaya” həbsxanasından sağ çıxanların yeraltı hücrələrdə saxlanılan adamların olduğu barədə açıqlamalarını araşdırır. Təhlükəsizlik kameralarında görünən məhbusların sərbəst buraxılması üçün yeraltı mərtəbələrin elektron qapılarının açılmalı olduğu bildirilib. 

Edamı gözləyirlər 

“Sednaya” həbsxasına basqın edən nümayişçilərə məhbuları xilas ediliblər. 

Azadlığa çıxanlar arasında anaları ilə birlikdə saxlanılan azyaşlı uşaqlar da olub. Görüntülərin bəzilərində keçmiş məhbusların işgəncələrdən yeriyə bilmədikləri və həbsxanadan “sürünərək” çıxdıqları müşahidə edilir. 

“Sednaya” Həbsxanası Məhbuslar və İtkinlər Dərnəyi (ADMSP) tərəfindən paylaşılan videoda azad edilən qadınları görmək olar. Kadrlarda qadınlara "Əsəd yıxıldı, qorxma!" deyilir, onların təhlükəsizlikdə olduqları bildirilir. 

Xəbərə görə, devrilmiş rejim məmurlarının həbsxanada saxladıqları minlərlə insanın öldürülməsini sakit və sistemli şəkildə təşkil edib. 2011-2015-ci illər arasında hər həftə həbsanada edamlar olub. Hesabatlar onu da göstərir ki, rejim qəsdən öz məhbuslarını “Sednaya”da qeyri-insani şəraitdə saxlayıb, onlara dəfələrlə işgəncə verib, sistemli şəkildə yemək, su, dərman və tibbi xidmətdən məhrum edib. 

“Amnesty İnternational”-ın 2017-ci il araşdırması götərir ki, 2011-ci ildən bəri “Sednaya”dakı qətl və işgəncələr ölkənin mülki əhalisinə qarşı geniş və sistemli hücumun bir hissəsi olub.

Seçilən
67
50
cebheinfo.az

10Mənbələr