AZ

Tbilisidə növbəti aksiya keçirilir

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir.

Teleqraf.com xəbər verir ki, Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, əlavə polis qüvvələri hələ cəlb edilməyib. Aksiyaçılar etirazlarını dinc şəraitdə ifadə edirlər. Onların əsas tələbləri yeni parlament seçkilərinin keçirilməsi və aksiyalarda saxlanılan şəxslərin azadlığa buraxılmasıdır.

Qeyd edək ki, Tbilisidə etiraz aksiyası artıq 13 gündür keçirilir. Son günlərdə təşkil olunan aksiyalarda qarşıdurma və zorakılıq halları qeydə alınmayıb.


Müəllif: Cəmilə Babayeva
Seçilən
31
11
teleqraf.com

7Mənbələr