AZ

Məşhur telekanallar BAĞLANIR


Gürcüstanın iki ən böyük müxalif televiziya kanalından biri olan "Mtavari" fəaliyyətini dayandıracağını elan edib.

Musavat.com xəbər verir ki, kanalın rəhbərliyi bağlanma qərarını maliyyə problemləri və hökumətin müstəqil medianı sıxışdırması ilə əlaqələndirib.

Bildirilir ki, kanal uzun müddətdir təzyiqlərlə üzləşir və bu təzyiqlər nəticəsində reklam gəlirlərində azalma baş verib.

Eyni zamanda, digər qərbyönümlü müxalif televiziya kanalı olan Formula TV də bağlanmaq təhlükəsi ilə üz-üzədir. Formula TV-nin rəhbərliyi də oxşar problemlərdən şikayətlənib. 


Seçilən
39
4
news24.az

5Mənbələr