AZ

Şəkidə iki ailənin yaşadığı fərdi evlər YANDI - FOTO

Son iki gün ərzində Şəki şəhərində üç mənzildə yanğın hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu dəfəki yanğın hadisəsi şəhərin Vüqar Məmmədov küçəsində baş verib.
 

Belə ki, iki ailənin yaşadığı evlərdə yanğının söndürülməsi üçün Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.


48 yaşlı Rövşən Məsimzadəyə məxsus ümumi sahəsi 120 kvadratmetr olan 3 otaqlı və iki aynabənddən ibarət evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanıb. Eləcə də 52 yaşlı Ruhiyyə İsrafilovaya məxsus ümumi sahəsi 90 kvadratmetr olan 4 otaqlı evin isə dam örtüyünün 70 kvadratmetri yararsız vəziyyətə düşüb.

FHN-in Şəki Yanğından Mühafizə Hissəsi əməkdaşlarının səyi nəticəsində ikinci mənzil tam yanmaqdan xilas edilib. Həmçinin yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı müvafiq orqan tərəfindən araşdırma aparılır.







Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

phrase_var_article.chosen
45
6
bizim.media

7phrase_var_article.sources