AZ

2100 suriyalı əsgər bu ölkəyə sığındı

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya ordusunun 2100 hərbçisi İraqın Ənbar vilayətinin Rutba rayonuna qaçıb.Metbuat.az xəbər verir ki, bunu İraqın Suriya sərhədində yerləşən Ənbar vilayətinin Rutba rayonunun rəhbəri İmad əl-Duleymi bildirib.Onun sözlərinə görə Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə rejim əsgərləri İraqa qaçmağa davam edir.Həmin hərbçilərin vəziyyəti ilə bağlı məlumat verən əl-Duleymi, əsgərlərin Rutba rayonunun 70 kilometrliyindəki Marsanat hava limanına yerləşdirildiyini deyib.

Qaçan hərbçilərin çadırlara sığındığını, bölgədə elektrik, su və istilik imkanlarının kifayət qədər olmadığını vurğulayan əl-Duleymi, onların əksəriyyətinin ölkələrinə qayıtmaq istədiklərini bildirib.

phrase_var_article.chosen
24
19
metbuat.az

10phrase_var_article.sources