Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya ordusunun 2100 hərbçisi İraqın Ənbar vilayətinin Rutba rayonuna qaçıb.Metbuat.az xəbər verir ki, bunu İraqın Suriya sərhədində yerləşən Ənbar vilayətinin Rutba rayonunun rəhbəri İmad əl-Duleymi bildirib.Onun sözlərinə görə Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə rejim əsgərləri İraqa qaçmağa davam edir.Həmin hərbçilərin vəziyyəti ilə bağlı məlumat verən əl-Duleymi, əsgərlərin Rutba rayonunun 70 kilometrliyindəki Marsanat hava limanına yerləşdirildiyini deyib.Qaçan hərbçilərin çadırlara sığındığını, bölgədə elektrik, su və istilik imkanlarının kifayət qədər olmadığını vurğulayan əl-Duleymi, onların əksəriyyətinin ölkələrinə qayıtmaq istədiklərini bildirib.