AZ

KTMT-nin keçmiş baş katibi: "Ermənistanın təşkilatda üzvlüyünü dayandırması böyük səhvdir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dayandırması çox böyük səhvdir, İrəvan həmişə Moskvadan və təşkilat üzvlərindən böyük yardım alıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri TASS-a müsahibəsində 2003-2016-cı illərdə KTMT-nin baş katibi olmuş Nikolay Bordyuja deyib.
"Ermənistanın siyasi rəhbərliyinin Rusiyadan heç bir yardımın almadıqlarını, demək olar ki, orada bütün bu çevrilişləri Rusiyanın hazırladığını, KTMT-dən heç bir kömək görmədiyini deməyi tamamilə yalandır", - o əlavə edib.
Sabiq baş katib qeyd edib ki, onun gözü qarşısında bunun əksi baş verib.
"Həm Ermənistanın silahlı qüvvələri, həm də Ermənistanın bütün güc strukturları Rusiyadan yardımlar - təşkilati, elmi-texniki yardım alıb. Rusiyanın Ermənistanın silahlı qüvvələrinə və ümumilikdə Ermənistana nə qədər sərmayə qoyduğunu hesablasanız, düşünürəm ki, bu, çox böyük məbləğ olacaq", - Bordyuja qeyd edib.
Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını dayandırıb.
Seçilən
54
50
oxu.az

10Mənbələr