1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Dövlət Gömrük Komitəsi (DGK) son iki ildə 1 ton 950 kiloqram narkotik vasitə, psixotrop maddələr aşkar edib".
"Report" xəbər verir ki, bunu DGK-nın sədri Şahin Bağırov bu gün Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, komitə cəmiyyətin mühafizəsi sahəsində inzibati və cinayət xarakterli amillərin aradan qaldırılması istiqamətində fəaliyyətini gücləndirib:
"2022-2024-cü illər ərzində həyata keçirilən fəaliyyət nəticəsində 1 ton 950 kiloqram narkotik vasitə, psixotrop maddələr aşkar edilib. Üstəlik, təxminən 18 milyon manat ekvivalentində saxta sənədlərin və aksiz markası olmayan malların dövriyyədən çıxarılması təmin edilib".