Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1953,3 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,7%, kimya sənayesi məhsullarının istehsalı isə 6% artıb.
Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından karbamid istehsalı 48,2%, azot istehsalı 13,3%, metanol istehsalı 5,1%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 40,6%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 23,1%, polietilendən kisə və çantalar istehsalı isə 16,5% artıb.
Azərbaycanda hesabat dövründə kimya sənayesində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri | 2024-cü ilin yanvar- noyabr aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.12.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Kimya sənayesi məhsulları | |||
Təsirsiz qazlar, min kub metr | 39931,2 | 94,3 | 256,4 |
ondan: | |||
azot, min kub metr | 22179,2 | 113,3 | 69,0 |
Lak-boya məmulatları, ton | 38259,9 | 106,8 | 333,6 |
Qeyri-üzvi kimyəvi maddələr, ton | 30530,0 | 133,0 | 7590,0 |
ondan: | |||
yod, ton | 192,9 | 100,2 | 19,5 |
Üzvi kimyəvi maddələr, min ton | 829,8 | 94,0 | 16,5 |
ondan: | |||
etilen, min ton | 126,1 | 83,2 | - |
propen (propilen), min ton | 119,6 | 85,4 | 0,7 |
metanol (metil spirti), min ton | 468,2 | 105,1 | 12,7 |
Etil spirti, min dkl | 74,5 | 155,5 | 18,9 |
Gübrə və azot birləşmələri, min ton | 592,0 | 148,2 | 70,7 |
ondan: | |||
karbamid, min ton | 592,0 | 148,2 | 70,7 |
İlkin formada plastik kütlə, min ton | 244,7 | 83,9 | 13,3 |
ondan: | |||
polietilen, min ton | 120,5 | 81,7 | 7,0 |
Yapışqan və yapışdırıcı maddələr, min ton | 121,2 | 107,8 | 7,6 |