AZ

"Azərbaycanda Türkiyənin hərbi bazası lazım deyil" - Dövlət başçısı

Azərbaycan Prezidenti İlham Əliyev “RİA Novosti” Agentliyinə verdiyi müsahibədə müəllif və aparıcı Dmitri Kiselyovun Azərbaycanda Türkiyənin hərbi bazası ilə bağlı sualını cavablandırıb. 

"Unikal" xəbər verir ki, dövlət başçısı D.Kiselyovun “Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı?” sualına belə cavab verib:

“Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni, belə yardıma görə türk dostlarımıza çox minnətdarıq”.

phrase_var_article.chosen
22
6
unikal.az

10phrase_var_article.sources