AZ

Şolts NATO-nun baş katibi ilə görüşəcək

Bu gün axşam Brüsseldə Almaniya kansleri Olaf Şolts və bir sıra digər ölkələrin başçılarının NATO-nun Baş katibi Mark Rütte ilə Ukrayna mövzusunda qeyri-rəsmi görüşü planlaşdırılıb.

Musavat.com yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmisi Volfqanq Büxner bildirib.

"Bir neçə Aİ ölkəsi bu gün Brüsseldə NATO-nun Baş katibi Rütte və Ukrayna Prezidenti Zelenski (Volodimir - red.) ilə görüşəcək. Həmçinin bu gün NATO-nun Baş katibinin dəvəti ilə alyansın bir neçə ölkəsinin qeyri-rəsmi görüşü keçiriləcək. Görüşdə federal kansler Şolts da iştirak edəcək", - o bildirib.

phrase_var_article.chosen
13
4
musavat.com

6phrase_var_article.sources