AZ

Məhkəmə 425 minlik dələduzluqda ittiham olunan şəxslərlə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Samir Həsənov və Nurlan Ağayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, şikayət təmin edilməyib.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurlan Ağayevə bəraət verilib, Samir Həsənov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Hər iki şəxs zərərçəkmiş Rauf İsmayılova qarşı 425 min manatlıq dələduzluq etməkdə təqsirləndirilirlər. Onların barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
 

Kamal Məmmədov 

Tarix: 19 Dekabr 2024, 09:54   
Seçilən
11
pravda.az

1Mənbələr