AZ

Tovuzda məktəbdə 10-dan çox şagird zəhərləndi - FOTO - YENİLƏNİB

"Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülənməyə səbəb olub".

Avtosfer.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsinin yaydığı məlumatda deyilib.

Bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər.

"Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür", - deyə məlumatda qeyd edilib.

(foto:unikal)

***

Tovuzda zəhərlənmə faktı qeydə alınıb. Hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində qeydə alınıb.

Məktəbin 10-dan artıq şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə zəhərlənməyə səbəb məktəbdə istiliyin olmaması və otaqların isidilməsi üçün ağac yonqarından (opilka) istifadədir. Sobadam çıxan tüstüdən uşaqlar zəhərlənib. 

FOTO QALEREYA
Seçilən
9
8
avtosfer.az

10Mənbələr