AZ

Bakı sakininə qarşı 60 min dollarlıq DƏLƏDUZLUQ

Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakininin 60 min ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı E.Haqverdiyev müəyyən olunaraq saxlanılıb.
 
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlə isə bir qadının 400 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 32 yaşlı S.Şahverdiyev saxlanılıb.
 
Hər iki faktla bağlı araşdırma aparılır.
 
Seçilən
1
24
moderator.az

10Mənbələr