2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Gemlik limanı 3 min 291 gəmi qəbul edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Bu dövr ərzində Gemlik limanı Türkiyə bayrağı altında üzən 1 min 232 gəmi və digər ölkələrin bayraqları altında üzən 2 min 59 gəmi qəbul edib.
2024-cü ilin noyabr ayında Türkiyə limanları ümumilikdə 32 milyon 470 min 94 ton yük qəbul edib. Bu müddət ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara 2 milyon 436 min 123 ton yük daşınarkən, digər ölkələrin bayraqları altında gələn gəmilərlə isə 30 milyon 33 min 971 ton yük daşınıb.
Bundan əlavə, 2024-cü ilin noyabr ayında Türkiyə limanlarından 5 milyon 956 min 963 ton transit yük daşınıb.
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları ümumilikdə 363 milyon 841 min 53 ton yük qəbul edib. Türkiyə bayrağı altında gəmilərlə bu yükün 27 milyon 488 min 32 tonu daşınıb, digər ölkələrin bayraqları altında isə 336 milyon 353 min 21 ton yük daşınmışdır.
Bu dövr ərzində Türkiyə limanlarından 63 milyon 524 min 718 ton transit yük daşınıb.
Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyə limanları ümumilikdə 4 min 373 gəmi qəbul edib. Bu dövr ərzində Türkiyə bayrağı altında 1 min 407 gəmi və digər ölkələrin bayraqları altında 2 min 966 gəmi qəbul edilib. 2024-cü ilin yanvar-noyabr aylarında isə Türkiyə limanları 56 min 86 gəmi qəbul edib. Bu müddət ərzində qəbul edilən gəmilərdən 36 min 550-i digər ölkələrin bayraqları altında, 19 min 536-sı isə Türkiyə bayrağı altında olub.
Fuad Mədətov
Fins.az