AZ

Tovuzda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 71-ə çatdı

Tovuzda məktəbdə zəhərlənən şagirdlər evə buraxılıb.

Bu haqda TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 19.12.2024-cü il tarixində saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında zəhərlənmə şübhəsilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

71 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

phrase_var_article.chosen
19
5
konkret.az

10phrase_var_article.sources