AZ

Azərbaycanda magistr təhsil dərəcəsi olanların gəliri doktorantlardan çoxdur

Dövlət Məşğulluq Agentliyi tərəfindən respondentlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, magistr təhsil dərəcəsi olan şəxslərin orta aylıq gəliri sadəcə bakalavr dərəcəsi olan şəxslərin orta aylıq gəlirindən 65%, doktorantura dərəcəsi olan şəxslərin orta aylıq gəlirindən isə 13% daha çoxdur.

Fins.az bu barədə Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, magistr təhsilini Azərbaycanda davam etdirən şəxslərin orta aylıq gəliri ali təhsilini davam etdirməyən şəxslərin orta aylıq gəlirindən 50% daha çoxdur.

“Magistr təhsilini xaricdə davam etdirən şəxslərin orta aylıq gəliri isə ali təhsilini davam etdirməyən şəxslərin orta aylıq gəlirindən 119% daha çoxdur.

Magistr təhsilini xaricdə davam etdirən şəxslərin orta aylıq gəliri magistr təhsilini Azərbaycanda davam etdirən şəxslərin orta aylıq gəlirindən 45% daha çoxdur”, - deyə məlumatda qeyd olunub.

Fuad Mədətov
Fins.az

Seçilən
16
12
fins.az

10Mənbələr