Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində naməlum şəxslər idarə etdiyi iki avtomobili Milad yarmarkasındakı insanların üzərinə sürüb.
Teleqraf.com xəbər verir ki, yerli KİV-in məlumatına görə hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər yaralanıb.
Hüquq mühafizə orqanları hadisənin terror aktı olub-olmaması üzərində araşdırma aparır.
Sürücülərdən birinin saxlanıldığı bildirilir.
Müəllif: Teleqraf.com